AZ

"Mançester Yunayted" "İnter"in müdafiəçisinə elçi düşdü

"Mançester Yunayted" "İnter"in sol cinah müdafiəçisi Federiko Dimarko ilə maraqlanır. 

Fanat.Az xəbər verir ki, informasiyanı "Tuttosport" yayıb. 

Mənbənin məlumatına görə, "qırmızı şeytanlar"ın təmsilçiləri 28 yaşlı futbolçunu 14 fevralda, şənbə günü A Seriyasının 25-ci turu çərçivəsində "Yuventus"la matçda izləyəcəklər.

"Neradzurri" italyan oyunçunu satmaq istəmir və onun müqaviləsini 2030-cu ilə qədər uzatmaq niyyətindədir. Tərəflər artıq şərtlər barədə razılığa gəliblər. Ancaq "Mançester Yunayted"in təklifi cəlbedici olarsa, keçidin baş tutma ehtimalı gündəmə gələ bilər.

Dimarko bu mövsüm bütün yarışlarda 31 oyunda meydana çıxıb, 6 qol vurub və 13 məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. "Transfermarkt" onun bazar dəyərini 50 milyon avro qiymətləndirir.

Seçilən
113
fanat.az

1Mənbələr