AZ

Azərbaycan smartfonları hansı ölkədən neçəyə alır? - ÖLKƏLƏR, MƏBLƏĞLƏR

2025-ci il ərzində Azərbaycana 457,3 milyon dollar həcmində 1 milyon 344 min ədəd smartfon idxal edilib.

FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, smartfon idxalı ötən illə müqayisədə dəyər ifadəsilə 17 milyon 369 min dollar və ya 3,9% artıb, miqdar ifadəsilə isə 165 min 473 ədəd, başqa sözlə 11% azalıb.

Qeyd edək ki, 2024-cü il ərzində Azərbaycana 439 milyon 952 min dollar dəyərində 1 milyon 509 min 802 ədəd smartfon idxal olunmuşdu.

2025-ci ilin nəticələrinə görə Azərbaycana idxal edilən bir smartfonun orta idxal qiyməti 340 dollar (578 manat) təşkil edib. 2024-cü ildə isə bu rəqəm 291 dollar (495 manat) idi. Bu da illik müqayisədə telefonun bir ədədinin 49 dollar (83 manat) və ya 16,8% bahalaşması deməkdir.

Hesabat dövründə ən çox smartfon Çindən və Vyetnamdan idxal olunub. Çindən 1 milyon 81 min 425, Vytenamdan isə 247 min 866 ədəd smartfon idxal olunub. Ən az smartfon isə Almaniya (7), Yaponiya (20) və Malayziya (29) kimi ölkələrdən gətirilib.

Smartfon idxalında ən kəskin artım Koreya (97,4%) və Malayziyada (70,6%) baş verib. Ən kəsin azalma isə Hindistan (5,3 dəfə), Yaponiya (16,1 dəfə) və Almaniyada (36,4%) qeydə alınıb.

Ölkə

Say (2025)

Məbləğ (2025)

Say Dəyişimi (ədəd)

Say Dəyişimi (%)

Məbləğ Dəyişimi ($)

Məbləğ Dəyişimi (%)

CƏMİ

1 344 329

457 322 070

-165 473

-11,0%

+17 369 380

+3,9%

Çin

1 081 425

359 225 690

-119 329

-9,9%

+22 486 110

+6,7%

Vyetnam

247 866

89 289 440

+18 067

+7,9%

+10 538 240

+13,4%

Hindistan

14 133

8 535 040

-60 525

-5,3 dəfə

-11 231 990

-2,6 dəfə

İndoneziya

606

168 320

+411

3,1 dəfə

+121 960

+3,6 dəfə

Koreya Resp.

231

27 710

+114

+97,4%

-93 220

-77,1%

Malayziya

29

37 410

+12

+70,6%

+11 470

+44,2%

Yaponiya

20

22 500

-301

-16,1 dəfə

-316 660

-15,1 dəfə

Almaniya

7

13 200

-4

-36,4%

-7 020

-34,7%

Hesabat dövründə ən bahalı smartfonlar Almaniyadan (3 206manat), Malayziyadan (2 193 manat) və Yaponiyadan (1 913 manat) , ən ucuz smartfonlar Koreyadan (204 manat) və Çindən (565 manat) gətirilib. Smartfonların orta idxal qiymətində ən kəskin bahalaşma Hindistan, ən kəskin ucuzlaşma Koreya üzrə qeydə alınıb.

Ölkə

2024-cü il (1 ədəd, AZN)

2025-ci il (1 ədəd, AZN)

Qiymət Dəyişimi (AZN)

Qiymət Dəyişimi (%)

ORTA QİYMƏT (Ümumi)

495 ₼

578 ₼

+83 ₼

+16,8%

Çin

477 ₼

565 ₼

+88 ₼

+18,4%

Vyetnam

583 ₼

612 ₼

+29 ₼

+5,0%

Hindistan

450 ₼

1 027 ₼

+577 ₼

+2,3 dəfə

İndoneziya

404 ₼

472 ₼

+68 ₼

+16,8%

Koreya Resp.

1 757 ₼

204 ₼

-1 553 ₼

-8,6 dəfə

Malayziya

2 594 ₼

2 193 ₼

-401 ₼

-15,5%

Yaponiya

1 796 ₼

1 913 ₼

+117 ₼

+6,5%

Almaniya

3 125 ₼

3 206 ₼

+81 ₼

+2,6%

Azərbaycan bazarının mütləq hakimi Çin olaraq qalır. 2024-cü ildə ölkəyə gətirilən telefonların 79,53%-i Çin istehsalı idisə, 2025-ci ildə bu rəqəm 0,91 faiz bəndi artaraq 80,44%-ə çatıb. Bu o deməkdir ki, Azərbaycan istehlakçılarının aldığı hər 100 telefondan 80-i Çindən gəlir.
Bazar payını ən çox artıran ölkə Vyetnam olub. Bu ölkənin Azərbaycan bazarındakı payı bir il ərzində 15,22%-dən 18,44%-ə yüksəlib. 3,22 faiz bəndi artım göstərən Vyetnam, bazardakı mövqeyini xeyli möhkəmləndirib.
İlin ən böyük itkisi Hindistan bazarında qeydə alınıb. Əvvəlki illərdə bazarda aktiv olan Hindistanın payı kəskin şəkildə azalıb. 2024-cü ildə bazarın 4,95%-nə sahib olan Hindistan, 2025-ci ildə cəmi 1,05% payla kifayətlənib. Bazar payı 3,90 faiz bəndi azalıb.
Maraqlı məqamlardan biri də ABŞ-dan birbaşa idxalın dayanma həddinə çatmasıdır. 2024-cü ildə bazarın 0,21%-nə (3225 ədəd) sahib olan ABŞ, 2025-ci ildə cəmi 1 ədəd telefon idxalı ilə statistikada 0% paya düşüb.
Eyni zamanda BƏƏ, Sinqapur, Ukrayna və Yaponiyanın bazar payları sıfıra yaxınlaşıb.

Bazar payı kiçik olsa da, İndoneziya (0,045%) və Koreya Respublikasının (0,017%) paylarında cüzi artım müşahidə olunub.

Ölkə

2024-cü il Payı (%)

2025-ci il Payı (%)

Dəyişim (faiz bəndi)

Çin

79,53%

80,44%

+0,91 f.b.

Vyetnam

15,22%

18,44%

+3,22 f.b.

Hindistan

4,95%

1,05%

-3,90 f.b.

İndoneziya

0,013%

0,045%

+0,032 f.b.

Koreya Respublikası

0,008%

0,017%

+0,009 f.b.

Malayziya

0,001%

0,002%

+0,001 f.b.

Yaponiya

0,021%

0,001%

-0,020 f.b.

Almaniya

0,001%

0,001%

0,00 f.b.

Birləşmiş Ərəb Əmirlikləri

0,028%

0,001%

-0,027 f.b.

Meksika

0,00%

0,0002%

+0,0002 f.b.

Bolqarıstan

0,00%

0,0001%

+0,0001 f.b.

ABŞ

0,21%

0,0001%

-0,21 f.b.

Sinqapur

0,004%

0,00%

-0,004 f.b.

Yamayka

0,003%

0,00%

-0,003 f.b.

Tailand

0,003%

0,00%

-0,003 f.b.

Fransa

0,002%

0,00%

-0,002 f.b.

Ukrayna

0,007%

0,00%

-0,007 f.b.

Qətər

0,0004%

0,00%

-0,0004 f.b.

Avstriya

0,0003%

0,00%

-0,0003 f.b.

Kanada

0,0001%

0,00%

-0,0001 f.b.

CƏMİ

100,00%

100,00%

-

2025-ci ildə Azərbaycanın smartfon idxalı coğrafiyasında ciddi daralma müşahidə edilib. 8 ölkədən idxal tamamilə dayanıb.

Belə ki, Ukrayna, Sinqapur, Yamayka, Tailand, Fransa, Qətər, Avstriya və Kanadadan smartfon idxalı sıfıra enib.

Maraqlı məqam odur ki, idxalı dayanan ölkələrin əksəriyyəti orta qiyməti 1000 dollardan yuxarı olan bahalı telefonların mənbəyi idi.
Məsələn, 2024-cü ildə Kanadadan gətirilən telefonların birinin orta qiyməti 1930 manat, Ukraynadan gələnlərin qiyməti 1915 manat, Sinqapurdan gələnlərin qiyməti isə 1897 manat təşkil edirdi.
Həmçinin, ötən il Yamaykadan 43 ədəd telefon (biri 1734 manatdan) idxal edilsə də, bu il bu ölkədən heç bir idxal qeydə alınmayıb.

Bununla belə idxal bazarına cəmi 2 yeni ölkə gəlib.  Bekə ki. 2025-ci ildə Meksikadan  3 ədəd (biri 176 manat) və Bolqarıstandan 1 ədəd (187 manat) telefon gətirilib.

ABŞ bazarı isə faktiki olaraq yox olub. 2024-cü ildə ABŞ-dan 3 min 225 ədəd telefon gətirilmişdisə, 2025-ci ildə bu rəqəm cəmi 1 ədədə düşüb.

Status

Ölkə

İdxal Həcmi (ədəd)

İdxal Məbləği (min $)

1 ədəd Orta Qiymət ($)

1 ədəd Orta Qiymət (₼)

BAZARA DAXİL OLANLAR (2025)

Meksika

3

0.31

103 $

176 ₼

 

Bolqarıstan

1

0.11

110 $

187 ₼

BAZARDAN ÇIXANLAR (2024)

Ukrayna

108

121.67

1 127 $

1 915 ₼

 

Sinqapur

59

65.85

1 116 $

1 897 ₼

 

Yamayka

43

43.86

1 020 $

1 734 ₼

 

Tailand

40

25.30

633 $

1 075 ₼

 

Fransa

26

12.12

466 $

792 ₼

 

Qətər

6

5.25

875 $

1 488 ₼

 

Avstriya

5

4.40

880 $

1 496 ₼

 

Kanada

2

2.27

1 135 $

1 930 ₼

Seçilən
29
fed.az

1Mənbələr