AZ

Səfərdə bir kitabla başlayan gözəl anlar

BAKI, 14 fevral. TELEQRAF

Azərbaycan Dəmir Yolları və “Parlaq İmzalar” nəşriyyatının birgə təşəbbüsü ilə oxu mədəniyyətini təşviq edən yeni layihəyə start verilib.

Teleqraf xəbər verir ki, bu barədə ADY-nin Mətbuat xidməti məlumat yayıb.

Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə ADY tərəfindən qatarda səfər edən sərnişinlərə kitablar hədiyyə olunub. Bu təşəbbüs səyahəti daha mənalı və yaddaqalan edib.

Kitab bağışlamaq inkişafı, gələcəyi hədiyyə etməkdir. ADY bu yanaşmanı hər il daha geniş miqyasda davam etdirir.

Seçilən
74
2
teleqraf.com

3Mənbələr