Azərbaycan Dövlət Rus Dram Teatrında rəhbərlik dəyişikliyi baş verib.
Azadmedia.az-ın məlumatına görə, teatrın əvvəlki direktoru Adalət Hacıyev vəzifəsindən ayrılıb. Onun yerinə Oleq Əmirbəyov təyin olunub.
Bu barədə məlumatı jurnalist Vüqar Vüqarlı sosial şəbəkə hesabında paylaşıb.
Qeyd edək ki, məsələ ilə bağlı rəsmi qurumlar tərəfindən hələlik əlavə açıqlama verilməyib.