AZ

YAP qurultayında İdarə Heyətinə seçilməyəcəklərin siyahısı

Tahir Budaqovu isə Ramin Məmmədov əvəzləyəcək...

Yeni Azərbaycan Partiyasında (YAP) qurultaya hazırlıq başlayıb.

Poliqon xəbər berir ki, Yenicag.az-a daxil olan məlumata görə, YAP bu çərçivədə genişmiqyaslı kadr islahatları mərhələsinə daxil olub. Məlumata görə, qurultay zamanı partiyanın həm Mərkəzi Aparatında, həm də İdarə Heyətinin tərkibində ciddi yenilənmə aparılacaq.

Xüsusilə, uzun illər YAP daxilində təsir imkanlarını qoruyub saxlamış Ramiz Mehdiyevə yaxın kadrların partiyanın mərkəzi və yerli strukturlarından sürətli şəkildə uzaqlaşdırılması planlaşdırılır. Bu addım partiyanın idarəetmə modelinin daha çevik, funksional və müasir mexanizmə uyğunlaşdırılması məqsədi daşıyır.

Məlumata görə, bu proses çərçivəsində Tahir Budaqovun da partiyadakı vəzifəsi ilə vidalaşacağı gözlənilir. O, hazırda Yeni Azərbaycan Partiyası sədrinin müavini və YAP Mərkəzi Aparatının rəhbəri vəzifələrini icra edir və faktiki olaraq partiyanın idarəetməsi ona tapşırılıb. Tahir Budaqovun icra hakimiyyəti başçısı təyin olunması fonunda partiyanın mərkəzi icra mexanizminə rəhbərlik etməsinin məqsədəuyğun sayılmadığı bildirilir.

Hazırda YAP rəhbərliyində Mərkəzi Aparatın rəhbərliyi üzrə iki əsas namizəd ətrafında müzakirələr aparılır. Məlumatlı mənbələrə görə, bu namizədlər arasında ən şanslı fiqur kimi Ramin Məmmədovun adı ön plana çıxır. O, hazırda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri vəzifəsini icra edir və idarəçilik təcrübəsi ilə YAP-da yeni mərhələnin əsas simalarından biri kimi qiymətləndirilir. Digər namizəd isə Milli Məclisdən olsa da, bundan öncəki İdarə Heyətində olma səbəbi ilə R.Məmmədovun şansının daha yüksək olduğu qeyd olunur.

Eyni zamanda, qurultayda formalaşdırılacaq YAP İdarə Heyətinin yeni tərkibi ilə bağlı da mühüm detallar üzə çıxıb. Mənbələr bildirir ki, bir sıra tanınmış şəxslərin İdarə Heyətində təmsil olunma ehtimalı xeyli zəifdir, bəzilərinin isə demək olar ki, sıfıra bərabər qiymətləndirilir.

Yenicag.az-a daxil olan məlumata görə, aşağıdakı şəxslərin yeni İdarə Heyətində yer alması real görünmür və ya çox aşağı ehtimalla dəyərləndirilir:

Vasif Talıbov
Arif Rəhimzadə
Eldar İbrahimov
Mübariz Qurbanlı
Rauf Əliyev
Aynur Sofiyeva
Cavid Osmanov
Asif Əsgərli
Tahir Mirkişili
Ədalət Muradov
Elşad Mirbəşiroğlu
Elnur Sadıqov
Mixail Zabelin
Amin İsmayılov

Qeyd olunur ki, bu yanaşma YAP-da həyata keçirilən struktur yenilənməsi, kadrların gəncləşdirilməsi və real icra qabiliyyətinə malik fiqurların önə çəkilməsi strategiyasının tərkib hissəsidir. Partiya rəhbərliyi İdarə Heyətinin yeni tərkibində daha çox aktiv siyasi çəkisi olan, mərkəzi qərar mexanizmlərinə yaxın və funksional kadrların yer almasına üstünlük verməyi planlaşdırır.

Qurultayın mart ayının 15-də keçirilməsi nəzərdə tulur. Əgər qurultayla bağlı işlər yekunlaşmasa, mart sonu və ya aprelin əvvəlinə də keçirilə bilər.

Poliqon.info

Seçilən
228
poliqon.info

1Mənbələr