AZ

Biləsuvarda transformator partlayıb

Biləsuvar rayonunda transformatorun partlaması ilə nəticələnən qəza baş verib.

“İki sahil” xəbər verir ki, hadisə şəhər bazarının yaxınlığındakı transformatorda qeydə alınıb. Partlayış səbəbindən rayon mərkəzinin bir hissəsinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.

Hadisə yerinə dərhal aidiyyəti qurumların əməkdaşları və texnikası cəlb olunub, ərazidə təhlükəsizlik tədbirləri görülüb. Hazırda transformatorda yaranmış nasazlığın aradan qaldırılması üçün intensiv təmir-bərpa işləri həyata keçirilir.

Elektrik enerjisinin verilişi qısa müddət ərzində tam bərpa olunacağı bildirilir.

Seçilən
19
2
ikisahil.az

8Mənbələr