AZ

Rubio: Biz Rusiyanın müharibəni dayandırmağa nə dərəcədə ciddi yanaşdığını bilmirik

Birləşmiş Ştatlar Rusiyanın Ukrayna ilə müharibəni dayandırmağa nə dərəcədə hazır olduğunu və hər iki tərəf üçün məqbul şərtlər tapmağın mümkün olub-olmadığını sual edir.

"Far.Az"un məlumatına görə, bu barədə ABŞ dövlət katibi Marko Rubio Münxen Təhlükəsizlik Konfransında deyib.

"Biz bilmirik ki, Rusiyada müharibəni dayandırmağa nə dərəcədə ciddi yanaşırlar. Onlar hazır olduqlarını bəyan edirlər. Lakin onlar bunu hansı şərtlərlə etməyə hazırdırlar və Rusiyanın həmişə razılaşacağı, Ukrayna üçün məqbul şərtlər tapa biləcəyikmi - budur sual", - o deyib.

Rubio xatırladıb ki, ABŞ Rusiya neft şirkətlərinə qarşı əlavə sanksiyalar tətbiq edib, eləcə də Hindistan Rusiyadan neft almamağa söz verib.

"Avropa da addımlar atır. Ukraynaya dəstək üçün ABŞ silahlarının tədarük edildiyi PURL proqramı davam edir. Biz irəliləyişə nail olmuşuq, bir neçə il ərzində ilk dəfə, ən azı texniki səviyyədə, hər iki tərəfin hərbi nümayəndələri ötən həftə görüşüblər", - Rubio bildirib.

Seçilən
34
4
far.az

5Mənbələr