AZ

Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək



Prezidenti İlham Əliyev Münxendə “France 24” telekanalına müsahibəsində Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək quru nəqliyyat xəttinin açılacağına heç bir şübhəsinin olmadığını bildirib.

Zəngəzur dəhlizinin Azərbaycan ərazisində işlər tamamlanmaq üzrədir. Dəhlizinin Ermənistan ərazisindən keçən hissəsi isə cəmi 40 kilometrdir. Bu o deməkdir ki, işlərin intensivləşdiyi halda dəhlizin daha qısa zamanda istifadəyə verilməsi mümkündür.
Zəngəzur dəhlizi nə zaman istifadəyə veriləcək və ötürmə qabiliyyəti nə qədər olacaq?
15 milyon ton ötürmə potensialı olacaq Zəngəzur dəhlizi regionun inkişafına xüsusi töhvə verəcək. Yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək Zəngəzur dəhlizi Azərbaycanın geo-siyasi mövqeyinin daha da möhkəmlənməsinə xidmət etməklə yanaşı, region dövlətlərinin gəlirlərinin artmasına da imkan yaradacaq.

Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyin qiymətləndirmələrinə görə, Zəngəzur dəhlizi 2030-cu ilədək istifadəyə veriləcək. Bu dəhliz vasitəsilə Çindən yüklər Londona cəmi 18 gündə çatdırıla biləcək. 10 illik proqnozə əsasən, dəhliz 50 milyard dollar gəlir gətirəcək və hər il 60.000-dən çox əlavə iş yerinin yaradılmasına töhvə verəcək.

Vüqar Bayramov, Milli Məclisin deputatı
Seçilən
31
7
newscenter.az

9Mənbələr