AZ

Xanım Vensin Bakıda gizli ziyarəti KONKRET

ain.az, Konkret.az saytına istinadən bildirir.

ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens fevralın 12-də Bakıya səfəri zamanı rəsmi proqramdan kənara çıxıb.

KONKRET.az Bakupost.az-a istinadla xəbər verir ki, vitse-prezident rəsmi görüşləri başa çatdırdıqdan sonra hava limanına yollanarkən Suraxanı Atəşgah Məbədini ziyarət edib.

Bildirir ki, bu qərar vitse-prezidentin Hindistan əsilli xanımı Usha Vensin şəxsi istəyi ilə verilib.

Başqa bir məlumata görə, həmin ziyarətdə vitse-prezident özü olmayıb, təkcə həyat yoldaşı gedib. Bu ziyarət təsadüfi deyil.

Tarixi mənbələrə görə, əsası erkən orta əsrlərə gedib çıxan Suraxanı Atəşgahının bugünkü daş kompleksi XVIII əsrdə əsasən Hindistandan gəlmiş hind tacirləri və zəvvarlar tərəfindən inşa etdirilib. Məbədin divarlarında bu gün də sanskrit və qədim hind dillərində yazılmış kitabələr qorunur. Həmin yazılar ibadət edənlərin Multan və Pəncab bölgələrindən gəlmiş hind tacirləri olduğunu göstərir.

O dövrdə Bakı mühüm ticarət mərkəzi idi və təbii qaz çıxan Atəşgah ərazisi hind inanclarında müqəddəs sayılırdı. Od kultu həm zərdüştilikdə, həm də hinduizm ənənəsində xüsusi yer tutduğundan Atəşgah əsrlər boyu Hindistanla Qafqaz arasında nadir dini–mədəni körpü rolunu oynayıb.

Məhz bu tarixi bağlara görə Hindistan kökləri olan vitse-prezident xanımının Atəşgahı xüsusi olaraq görmək istədiyi bildirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
29
15
konkret.az

10Mənbələr