AZ

Van İ: Tayvanı Çindən ayırmaq cəhdləri ABŞ ilə ciddi münaqişəyə səbəb ola bilər

Çin və ABŞ arasında ikitərəfli münasibətlərin iki mümkün ssenarisi var və bunlardan biri ölkələr arasında ciddi münaqişəyə səbəb ola bilər.

“İki sahil” xəbər verir ki, bu barədə Çin xarici işlər naziri Van İ Münxen Təhlükəsizlik Konfransında bildirib.

Onun sözlərinə görə, birinci ssenari qarşılıqlı anlaşma və konstruktiv dialoqu nəzərdə tutur: əgər ABŞ Çinin maraqlarını obyektiv qiymətləndirərsə və praqmatik siyasət yürüdərsə, hər iki ölkə əməkdaşlığı genişləndirə, iqtisadi və siyasi əlaqələri möhkəmləndirə, həmçinin dünyada sabitliyə töhfə verə bilər.

"İkincisi isə Çinlə əlaqələrin, təchizat zəncirlərinin qırılması və tamamilə emosional əsasda hər şeydə Çinə qarşı çıxmaq cəhdləridir. Bu cür hərəkətlər, o cümlədən kiçik eksklüziv ittifaqların yaradılması və Tayvanı Çindən ayırmaq cəhdləri ölkələr arasında ciddi münaqişəyə səbəb ola bilər", - Van İ deyib.

XİN rəhbəri vurğulayıb ki, Çin hər cür riskə hazırdır və ABŞ ilə münasibətlərin uzunmüddətli perspektivinə əmindir.

Seçilən
44
ikisahil.az

1Mənbələr