Bakı.Trend:
2025-ci il ərzində Mühəndis-istehkam bölmələri və digər dövlətqurumları ilə birgə 79 km-dək yeni yol inşa edilib, 67 km-dək yolqardan təmizlənib, 571 km-dən artıq yol isə bərpa edilib.
Trend xəbərverir ki, bu barədə Müdafiə Nazirliyində 2025-ci ilin yekunlarınadair kollegiya iclası zamanı məlumat verilib.
Müşavirədə şəxsi heyətin sağlamlığının qorunması vəmöhkəmləndirilməsi, praktiki məşğələlərin səmərəliliyininartırılması və nizam-intizamın daha da gücləndirilməsi məsələlərinəxüsusi önəm verildiyi qeyd olunub.
Bildirilib ki, Azərbaycan Ordusunda qoşunların müəyyən edilmişnormalara uyğun olaraq vaxtında bütün növ maddi-texniki vəsaitlərlətəmin edilməsi, şəxsi heyətin keyfiyyətli qidalanmasının təşkili,silahların, zirehli və avtomobil texnikasının daim döyüş tətbiqinəhazır vəziyyətdə saxlanılması təmin olunub. Hərbi hissələrin raket,döyüş sursatları və digər hərbi avadanlıqlarla fasiləsiz təchizedildiyi vurğulanıb.