AZ

Rubio Ukrayna ilə bağlı yeni danışıqlar raundunun fevralın 17-də keçiriləcəyiniTƏSDİQLƏDİ

ABŞ dövlət katibi Marko Rubio Ukrayna ilə bağlı yeni danışıqlar raundunun 17 fevral çərşənbə axşamı günü keçiriləcəyini təsdiqləyib.

Redaktor.az xəbər verir ki, o, bu barədə Münxen Təhlükəsizlik Konfransında deyib.

Rubio uzun illərdən sonra tərəflərin ilk dəfə texniki səviyyədə görüşdüyünü xatırladıb. O əlavə edib ki, fevralın 17-də danışıqlar davam etdiriləcək.

Qeyd edək ki, Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov ötən gün Rusiya, Ukrayna və ABŞ arasında danışıqların keçiriləcəyini bildirib.

Ukrayna Prezidentinin Ofisi Ukrayna, Rusiya və ABŞ arasında növbəti danışıqlar raundunun Cenevrədə keçiriləcəyini təsdiqləyib.

Seçilən
22
2
redaktor.az

3Mənbələr