AZ

Ramiz Mehdiyev və digərlərinin ermənilərlə qohumluqları var ŞƏRH

ain.az, Sherg.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Mehdiyevin hakimiyyətdə qalmasının səbəbi Rusiya tərəfindən göstərilən təzyiqlər idi

"Həyata keçirilən əməliyyat Dövlət Təhlükəsizliyi Xidmətinin son illərdə apardığı tədbirlər arasında xüsusi yer tutur. Bu əməliyyatı DTX-nın son beş ildə həyata keçirdiyi ən pik və ən mürəkkəb əməliyyatlardan biri kimi qiymətləndirirəm".

Bu sözləri "Sherg.az" a açıqlamasında siyasi elmlər doktoru Cümşüd Nuriyev deyib. 

Politoloq hesab edir ki, DTX-nın bu əməliyyatı  uzunmüddətli hazırlıq, geniş operativ məlumat bazası və ciddi koordinasiya tələb edən, yüksək səviyyədə planlaşdırılmış və dəqiqliklə icra olunmuş bir prosesdir:

"İllər boyu Ramiz Mehdiyev siyasi sistemdə toxunulmaz fiqur kimi qəbul edilirdi. Xarici ölkələrdən, xüsusilə Rusiyadan gələn yüksək səviyyəli nümayəndələrin onunla birbaşa əlaqə saxlaması, qeyri-formal münasibətlərin mövcudluğu barədə iddialar da uzun müddət müzakirə mövzusu olub. Rusiyanın yüksək vəzifəli şəxsləri Azərbaycana gələndə birbaşa Ramiz Mehdiyevin evinə gəlirdilər. Onun təhlükəsizliyini birbaşa Rusiyanın təhlükəsizlik orqanları təmin edirdi. Ramiz Mehdiyevin uzun müddət hakimiyyətdə qalmasının səbəbi də məhz Rusiya tərəfindən Azərbaycana göstərilən təzyiqlər idi".

Cümşüd Nuriyev deyib ki, Ramiz Mehdiyevlə sövdələşmədə adı keçən baş nazirin birinci müavini Abbas Abbasov, Azərbaycan müxalifətinin liderliyinə iddia edən Əli Kərimlinin adının siyahıda olması təsadüfi deyil. Onun sözlərinə görə, hər üçünün ermənilərlə qohumluqları var:

“İstintaq materiallarında adları hallanan şəxslərin fərqli siyasi və ictimai çevrələrə mənsub olmaları məsələnin miqyasının genişliyinə dəlalət edir. Burada məqsəd müxtəlif təsir rıçaqlarından istifadə etməklə daxili siyasi proseslərə yön vermək cəhdləridir. Ramiz Mehdiyev özü erməni mənşəlidir. Digər iki şəxsin isə xanımlarının bir tərəfi ermənidir”.

C. Nuriyev qeyd edib ki, siyahıda adları çəkilən bəzi şəxslərin ictimai-siyasi fəaliyyətdə tanınmış və təcrübəli olması məsələyə əlavə diqqət yönəldir:

“Qənimət Zahid və Fuad Qəhrəmanlı ictimai-siyasi mühitdə tanınan şəxslərdir. Onların adının bu siyahıda olmasını heç cür anlaya bilmirəm. Fuad Qəhrəmanlının Dövlət İdarəçilik Akademiyasını bitirib, dövlət idarəçiliyi sahəsində təhsil alıb, siyasi proseslərdə aktiv iştirak edən bir fiqur olub. Onun bu xəyanətə cəlb edilməsi məsələnin sadə və təsadüfi hadisə olmadığını düşündür. Xaricdə fəaliyyət göstərən və “söyüş müxalifəti” kimi təqdim olunan qruplardan fərqli olaraq Qənimət Zahid daha çox peşəkar mövqeyi ilə tanınan şəxs hesab olunurdu. Belə savadlı və təcrübəli kadrların dövlət maraqları istiqamətində deyil, hakimiyyət dəyişikliyi məqsədi güdən qüvvələrlə əlaqələndirilməsini isə təəssüf doğuran hal kimi qiymətləndirirəm. Əli Kərimlinin isə bu xəyanətdə iştirakı təəccüb doğurmur. 1995-ci ilin mart ayında dövlət çevrilişinə cəhd zamanı Əli Kərimli Amerikada FBİ, CİA-nin yüksək səviyyəli adamları ilə görüşlər keçirmişdi. Bu adam 30 ildir dövlətin əleyhinə işləyir. O vaxtları Heydər Əliyevi, indi isə İlham Əliyevi "yıxmaq" istəyir. Onun üçün müqəddəs heç nə yoxdu. Danışanda millətçilikdən, dövlətçilikdən danışır. Halbuki Xalq Cəbhəsini də dağıdan elə Əli Kərimli olmuşdu. Rəhmətlik Elçibəyi satdı, o vaxtı hökumət daxilində qarşıdurma yaradıb, İskəndər Həmidov-Elçibəy qarşıdurması, İskəndər Həmidov-Pənah Hüseyn qarşıdurmasının səbəbkarı da məhz Əli Kərimli idi" . 

 Politoloq qeyd edib ki, ölkənin təhlükəsizliyinin təmin olunması Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası və “Milli təhlükəsizlik haqqında” qanunla tənzimlənir:

“Bu sənədlərdə konkret olaraq xüsusi xidmət orqanlarının, o cümlədən Dövlət Təhlükəsizliyi Xidmətinin və Əks Kəşfiyyat Xidmətinin əsas vəzifəsi Azərbaycanın daxili və xarici təhdidlərdən qorunması kimi müəyyənləşdirilib. Konsepsiyaya uyğun olaraq Azərbaycan həm regionda, həm də Avropa istiqamətində təhlükəsizlik və əməkdaşlıq sahəsində ciddi fəaliyyət həyata keçirir və bu, dövlətin dayanıqlığının əsas sütunlarından biri hesab olunur. Sabiq nazir Eldar Mahmudovun dövründə bu qurumun özü Azərbaycan üçün bir təhlükə idi. Açıq alver baş alıb gedirdi. Sonrakı islahatlar və struktur dəyişiklikləri isə xidmətin funksional fəaliyyətinin bərpasına yönəldi. Əli Nağıyev DTX-ya rəhbər təyin edildikdən sonra qurumun əsas vəzifələrinə qayıtdığı, operativ fəaliyyətin gücləndirildiyi və təhlükəsizlik tədbirlərinin daha sistemli həyata keçirildiyi müşahidə olunur. Əli Nağıyevin peşəkar təhlükəsizlik strukturlarında fəaliyyət təcrübəsi də bu prosesdə rol oynayır. Onun 1990-cı illərin əvvəllərində xüsusi təyinatlı bölmələrdə çalışması təhlükəsizlik sahəsində praktiki təcrübəyə malik olduğunu göstərir. Həyata keçirilən əməliyyatlar uzun müddət ərzində aparılan müşahidə və araşdırmaların nəticəsi kimi təqdim olunur. Bu cür əməliyyatlar adətən səssiz şəkildə planlaşdırılır, kifayət qədər sübut bazası toplandıqdan sonra ictimailəşdirilir".

C. Nuriyevin sözlərinə görə, Azərbaycan üçün ən böyük təhlükə risklərdən sığortalanmaq, potensial risklərin əvvəlcədən neytrallaşdırılmasıdır:

" Dövlət təhlükəsizliyi sahəsində prioritet məsələ risklərin vaxtında aşkarlanması və qarşısının alınmasıdır. Müvafiq qurumların fəaliyyəti də məhz bu istiqamətə yönəlib və təhlükəsizlik mexanizmlərinin preventiv işləməsi dövlət sabitliyinin qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycan müxtəlif istiqamətlərdən təzyiq və təsir cəhdləri ilə üzləşə bilir. Tarixən regional rəqabət və qarşıdurmalar müxtəlif vasitələrlə aparılıb. Bu baxımdan, təhlükəsizlik orqanlarının əsas vəzifəsi yalnız açıq təhdidləri deyil, dolayı təsir və təxribat ehtimallarını da nəzərə almaqdır. Ona görə də dövlət strukturlarının fəaliyyəti həm daxili sabitliyin qorunmasına, həm də xarici müdaxilə risklərinin minimuma endirilməsinə yönəlib. Bizim üçün ən böyük təhlükə hesab edilən Cənub və Şimal qonşumuz bizə qarşı təxribatları ermənilərin əli ilə edirdilər. Artıq Ermənistandakı hökumət onların orbitindən çıxıb deyə içimizdəki erməni əsilli şəxslər, ermənilərin kürəkəni olan adamların əli ilə təxribatlar planlayırlar.  Sizə onu da deyim ki, Ramiz Mehdiyevin rəhbərliyi ilə vaxtı ilə Ermənistandan gətirilən və “milliləşdirilən”, “türkləşdirilən” ermənilər var və bu planın arxasında çox təhlükəli məqsəd dayanır. Bilirsiniz ki, Qərbi Azərbaycan İcması çox yaxşı təşkilatlanıb və hər zaman da dövlətin yanında olublar. Ramiz Mehdiyevin məqsədi bu təşkilatlanmadan istifadə edib “yeraz”–“bakıaz” qarşıdurması yaratmaq, onları müxtəlif məsələlərdə ittiham edərək nüfuzdan salmaq və ölkə daxilində parçalanma mühiti formalaşdırmaqdır. Bu, Ermənistandakı ‘Daşnaksütyun’ partiyası üçün də əhəmiyyətli məsələdir. Eyni zamanda ermənilərin əli ilə Azərbaycanda öz siyasətlərini həyata keçirmək istəyən şimal qonşumuz üçün də strateji əhəmiyyət daşıyır. Yaxşı ki, prezident İlham Əliyev çox ağıllı bir giriş elədi və Amerika ilə yaxınlaşaraq balanslı siyasət yürütməyi bacardı. Hesab edirəm ki, DTX tezliklə Ramiz Mehdiyevin arvadının hüquq mühafizə orqanlarında vəzifə tutan yaxın qohumunun  vasitəsilə "milliləşdirilən", "türkləşdirilən" erməniləri də ifşa edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
sherg.az

1Mənbələr