AZ

Naxçıvanda dəm qazından ölən babadır, 5 nəvə zəhərlənibYENİLƏNİB

"Fevralın 14-ü saat 09:10 radələrində Təcili Tibbi Yardım Xidmətinin köməkliyi ilə Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin Təcili yardım şöbəsinə bir ailənin 5 azyaşlı üzvü dəm qazından zəhərlənmə şübhəsi ilə daxil olub. Onların vəziyyəti daxil olarkən çox ağır qiymətləndirilib".

Bu sözləri Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi Pəri Əliyeva deyib.

O qeyd edib ki, azyaşlılar dərhal Reanimasiya şöbəsinə yerləşdirilib və ilkin tibbi yardım göstərilməyə başlanılıb: "Hazırda uşaqların vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir və müalicələri Reanimasiya şöbəsində stasionar şəraitdə davam etdirilir. Uşaqlar xəstəxanaya qəbul edildikdən təxminən 35–40 dəqiqə sonra həmin ailənin qonşuluğunda yaşayan 2 nəfər yetkin yaşlı vətəndaş da dəm qazından zəhərlənmə şübhəsi ilə xəstəxananın Təcili yardım şöbəsinə çatdırılıb. Həmin şəxslərə də ilkin tibbi yardım göstərilib. Onların vəziyyəti hazırda stabildir.

"İlkin ehtimallara görə hadisə dəm qazı zəhərlənməsi nəticəsində baş verib, xəstəxana şəraitində aparılan müayinələr zamanı bu diaqnoz təsdiqlənib. Müalicə tədbirləri davam etdirilir"- deyə mərkəzin baş həkimi əlavə edib.

12:00
Naxçıvan şəhərində dəm qazı ailə faciəsinə səbəb olub, ata ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə şəhərin Xətai məhəlləsində baş verib. Dəm qazı sızması nəticəsində Ordubad rayonu Aşağı Əylis kənd sakini, 1994-cü il təvəllüdlü Məsimov Oruc Məhərrəm oğlu dünyasını dəyişib.

Onun övladları - 2020-ci təvəllüdlüFatimə Məsimova, 2018-ci il təvəllüdlü Hüseyn Məsimov, 2017-ci il təvəllüdlü Məhəmməd Məsimov, 2021-ci il təvəllüdlü Əli Məsimov və 2022-ci il təvəllüdlü Həsən Məsimov zəhərləniblər. Onlar Naxçıvan Yolxucu Xəstəliklər Mərkəzinə yerləşdiriliblər.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Seçilən
30
15
xezerxeber.az

10Mənbələr