AZ

Ölkəmizdə əldə edilən müvəffəqiyyətlər ona böyük üstünlüklər qazandırıb

Azərbaycan və Ermənistan arasındakı münasibətlər hər zaman Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqaməti olmuşdur. Tanınmış beynəlxalq və yerli mətbuat qurumlarına müsahibələrində, dünyanın müxtəlif ölkələrinə səfərləri zamanı keçirdiyi yüksəksəviyyəli görüşlərdə, iştirak etdiyi mötəbər tədbirlərdəki çıxışlarında cənab Prezident AZərbaycan və Ermənistan arasındakı münasibətlər, 30 ildən artıq müddətdə davam edən münaqişənin həlli yolları, sülh müqaviləsinin imzalanması, dövlərlər arasında əlaqələrin yaradılması və digər məsələlərlə bağlı təkliflərini vermişdir.

Ölkə başçısı Münhendəki müsahibəsində də iki dövlət arasında sülh müqaviləsinin imzalanıb-imzalanmayacağı məsələsinə də  aydınlıq gətirib. Dövlətimizin başçısı bununla bağlı deyib: “Bilirsiniz ki, bu, bizdən asılı deyil. Bizim mövqeyimiz artıq uzun illər ərzində Ermənistan tərəfinə çatdırılıb. Ermənistanın Konstitusiyasına lazımi dəyişikliklər edilməlidir. O dəyişikliklər edilən kimi, ertəsi gün biz sülh müqaviləsini imzalaya bilərik. Amma buna baxmayaraq, mən hesab edirəm ki, artıq Ermənistanla Azərbaycan arasında sülh əldə edilib”.

Prezident İlham Əliyev Münhendəki müsahibəsində   ölkəmizin  bir çox sahələrdə üstünlüklərini xüsusi vurğulayıb. Bildirilib ki, ölkəmizin yerləşdiyi coğrafiya, Qərb və Şərqdəki qonşularla sıx əlaqələri,  elektrik enerjisinin artıqlığı, kadrlar hazırlığı və bir çox sahələrdə əldə edilən müvəffəqiyyətlər ona böyük üstünlüklər əldə edilməsinə imkan verir.  Buna görə də bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir.

Dövlətimizin başçısı qeyd edib: “Azərbaycanın öz təhlükəsizliyini və suverenliyini öz gücü ilə təmin etməsi nəzərə alınmaqla, təbii ki, ölkəmizin beynəlxalq nüfuzu daha da artıb”.

Ümidvarıq ki, 62-ci dəfə keçirilən və 60 dövlət və hökumət başçısı, 120 ölkədən 200-dən çox nazir, BMT, NATO, Avropa İttifaqı kimi mötəbər beynəlxalq qurumlardan 40-dan çox rəsmi şəxsin iştirak etdiyi Münhen Təhlükəsizlik Konfransı ölkəmizin beynəlxalq nüfüzunu daha da möhkəmlədəcəkdir.

Həcər Verdiyeva – Tarix elmləri doktoru, professor

 

Seçilən
20
veteninfo.az

1Mənbələr