AZ

İqor Tudor “Tottenhem”ə rəhbərlik edə bilər – “The Athletic”


Xorvatiyalı mütəxəssis İqor Tudor cari mövsümün sonuna qədər “Tottenhem”in müvəqqəti baş məşqçisi ola bilər.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “The Athletic” qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, klub 47 yaşlı mütəxəssislə şifahi razılığa gəlib.
Ancaq Tudorun “Tottenhem”lə müqaviləsində daimi müqavilə ehtimalı olmayacaq.
Qeyd edək ki, fevralın 11-də “Tottenhem” baş məşqçi Tomas Frankı istefaya göndərib.
İngiltərə Premyer Liqasında 26 oyundan sonra “Tottenhem”in aktivində 29 xal var və turnir cədvəlində 16-cı yerdədir.
Xatırladaq ki, bundan əvvəl Tudor “Yuventus”a rəhbərlik edib və2025-ci ilin 27 oktyabrında komandadan ayrılıb.
Seçilən
51
1
yeniavaz.com

4Mənbələr