AZ

Zelenski İranı Rusiyaya dron satmaqda ittiham etdi

Ukrayna Prezidenti bildirib ki, Ukraynanın İranla ortaq sərhədi və ya birbaşa maraq toqquşması yoxdur.Metbuat.az xəbər verir ki, bu barədə o, Münxen Təhlükəsizlik Konfransında danışıb. O buna baxmayaraq, İranın Rusiyaya satdığı “Shahed” tipli pilotsuz uçuş aparatlarının ukraynalıları öldürdüyünü və ölkənin mülki infrastrukturunu dağıtdığını vurğulayıb.Zelenski qeyd edib ki, İran rejimi artıq böyük zərər vurub və potensial olaraq bir çox rejimlərin bir əsrdə edə bilməyəcəyi qədər dağıdıcı təsir gücünə malikdir.

O əlavə edib ki, Tehran hakimiyyəti mövcud böhrana baxmayaraq, sağ qalmağa ümid edir.

Seçilən
42
metbuat.az

1Mənbələr