AZ

Ermənistandakı məscidlər QMİ nin tabeliyinə verilsin TƏLƏB

Modern.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Bugünkü Ermənistan ərazisində Azərbaycanın zəngin tarixi-mədəni irsi var. Təəssüf ki, son 30 ildə onların bir çoxu radikal ermənilər tərəfindən dağıdılsa da, tarixi torpaqlarımızda mövcudluğumuza dair izlər tam silinməyib. Bu gün Ermənistanın paytaxtı İrəvanda ölkə ərazisində yeganə məscid - Göy məscid fəaliyyət göstərir. Tarixi irsimizi İran mədəniyyətinin bir hissəsi kimi təqdim etmək cəhdlərinə baxmayaraq, bu gün fəalittəsiz bir çox tarixi və dini abidələrimiz mövcuddur. Qeyd olunmalıdır ki, bu gün iki ölkə arasında normallaşma prosesi çərçivsəsində tarixi-dini abidələrimizin təmiri və keçmiş zamanlarda olduğu kimi Qafqaz Müsəlmanları İdarəsinin tabeliyinə verilməsi təklifləri səslənir. 

Modern.az-a açıqlamasında Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib ki, Ermənistan ərazisindəki məscidləri bərpa etməlidir:

“Bəli, məscidləri bərpa etsələr, içərisində ibadət edən müsəlman olmayacaq. Amma tarixi abidə kimi saxlamalıdırlar. Bunu biz tələb edə bilərik. Biz erməni kilsəsini bərpa edib, saxlamışıq. İbadət edən erməni olmasa da, o, abidə kimi qalır. Ermənistan humanist bir jest edərək o məscidləri bərpa etsə, bu başqa məsələ. Bizim Ermənistan kilsəsinə göstərdiyimiz münasibəti onlar da məscidlərə göstərməlidirlər. Dövlətlərarası münasibətlərdə məsələ elə tənzimlənməlidir ki, bunun gələcəkdə əlaqələrin qurulması baxımından müəyyən qarşılıqlı xoşniyyətli addım kimik görülməsi mümkün olsun”.

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov isə söyləyib ki, tarixən Ermənistan ərazisində, təxminən 300-dən artıq Azərbaycan məscidi mövcud olub:

“Təəssüf ki, o məscidlərin böyük hissəsi dağıdılıb, bir hissəsinin isə, qalıqları hələ də mövcuddur. Buna misal olaraq, İrəvandakı Sərdar məscidinin adını çəkə bilərik. Və ya bugün Təpəbaşı və digər bir çox məscidlər var ki, tarixi Azərbaycan məscidləridir. Eyni zamanda Zəngəzurda da, Qərbi Azərbaycanın digər ərazilərində də bizim çoxlu sayda məscidlərimiz var. Bu məscidlərin mütləq əksəriyyəti qeyd etdiyimiz kimi ermənilər tərəfindən varvarcasına dağıdıblar”.

Deputat qeyd edib  ki, tarixən Ermənistan ərazisindəki məscidlər, ibadət evləri, ümumiyyətlə müsəlmanlar Qafqaz Müsəlmanları İdarəsinə tabe olubdur:

“Bugün Ermənistanda  Azərbaycan məscidlərindən bir dənəsi Göy Məsciddir. Ancaq onu da təəssüf ki, fars məscidi kimi təqdim edirlər. Bu mənada düşünürük ki, Ermənistan ərazisində olan digər məscidlər də zamanla bərpa olunmalıdır. Yəni biz Ermənistandan fərqli olaraq bugün Bakıdakı məscidləri, kilsələri, ibadət yerlərini qoruyuruq və onlar dağıdılmayıb. Və hesab edirəm ki, münasibətlərin normallaşması fonunda məscidlərin də bərpasına başlanılmalıdır. Bu məscidlərin, ümumiyyətlə, dini ibadət yerlərinin idarəçiliyi Azərbaycan tərəfinə verilməlidir. Qafqaz Müsəlmanları İdarəsi Qərbi Azərbaycan üzrə də öz nümayəndəsini təyin edib. Hesab edirəm ki, bu da doğru bir qərardır. Və Ermənistan tərəfi Azərbaycan tərəfinin bu yanaşmasını, rəyini nəzərə almalıdır və bu prosesin həyata keçməsi üçün addımlar atmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
modern.az

1Mənbələr