AZ

Nazir Ədalət Hacıyevə yeni vəzifə verdi

ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Gəncə Dövlət Milli Dram Teatrının direktoru vəzifəsinə təyinat olub. 

Axşam.az xəbər verir ki, mədəniyyət naziri Adil Kərimlinin müvafiq əmrinə əsasən, Ədalət Hacıyev Gəncə teatrının direktoru təyin olunub. 

Ədalət Hacıyev son təyinatadək Azərbaycan Dövlət Akademik Rus Dram Teatrına rəhbərlik edib.

Xatırladaq ki, Ədalət Hacıyev Xalq artisti Brilliant Dadaşovanın həyat yoldaşıdır və onların bir oğulları var.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
72
10
axsam.az

10Mənbələr