AZ

Kürdəmirdə kanalda meyit tapılması ilə bağlı araşdırma aparılır » AzadMedia.az


Kürdəmirdə su kanalından 60 yaşlı kişinin meyiti tapılıb.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə rayonun Sığırlı kəndi ərazisində qeydə alınıb.

Belə ki,rayonun Şilyan kənd sakini 1966-cı il təvəllüdlü Şirəliyev İxtiyar Tarıverdi oğlunun cansız bədəni su kanalından aşkarlanıb.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xidmətinin əməkdaşları cəlb olunub. İxtiyar Şirəliyevin cəsədi sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı rayon prokururluğunda araşdırma aparılır.
Seçilən
28
11
azadmedia.az

10Mənbələr