AZ

İranın Azərbaycandan məhsul idxalı azalıb

Bakı. Trend:

Cari İran ilinin 10 ayı (21 mart 2025 -20 yanvar 2026) ərzindəİranın Azərbaycandan məhsul idxalı ötən ilin analoji dövrü ilə (20mart 2024 -19 yanvar 2025) müqayisədə dəyər baxımından 58%, çəkibaxımından 53,7% azalıb.

Bu barədə Trendİranın Gömrük Administrasiyasının statistikasına istinadən məlumatverib.

Statistikaya əsasən, 10 ay ərzində İranın Azərbaycandan məhsulidxalı təxminən 11,4 milyon dollar dəyərində 5 min ton təşkiledib.

Statistikada bildirilir ki, ötən ilin analoji dövründə İranAzərbaycandan 27 milyon dollar dəyərində 10,9 min ton məhsul idxaledib.

Statistikada qeyd olunur ki, İran Azərbaycandan müxtəlifavadanlıqlar, sıxılmış soya, müxtəlif növ profillər və sairəməhsullar idxal edib.

Statistikada qeyd olunur ki, 10 ayda İran və Azərbaycan arasındaticarət dövriyyəsi 496 milyon dollar dəyərində 724 min ton təşkiledib. Məhsul ixracı ötən ilin analoji dövrü ilə müqayisədə dəyərbaxımından 17,3%, çəki baxımından 1,9% azalıb.

Əlavə edək ki, Gömrük Administrasiyasının statistikasına əsasən,10 ayda İranın məhsul idxalı 49,1 milyard dollar dəyərində 33,2milyon ton təşkil edib. Məhsul idxalı ötən ilin analoji dövrü iləmüqayisədə dəyər baxımından 15,6% azalıb, çəki baxımından 4,6%artıb.

Məqalədə:
Seçilən
26
3
az.trend.az

4Mənbələr