Prezidentin mesajı: Qətiyyət, güc və sülhün siyasi manifesti
Alternativ də yoxdur. Ümidvarıq ki, biz birgə fəaliyyət zamanı daha çox sağlam düşüncəni görəcəyik. Çünki yeni dünya nizamı “kim güclüdür, o da haqlıdır” a nlamına gəlməməlidir.
“Münhen səfəri bir daha göstərdi ki, İlham Əliyev artıq yalnız regionun deyil, qlobal təhlükəsizlik müzakirələrinin fəal iştirakçısı olan qalib lider kimi çıxış edir. Munhen Təhlükəszilik Konfransı çərçivəsində Fransa mediasına və yerli mediaya verdiyi müsahibələr təkcə mövqe açıqlaması deyildi. Bu, yeni dünya reallığının siyasi izahı idi”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Fəzail İbrahimli deyib.
Dünyaya açıq mesaj: beynəlxalq sistem böhran yaşayır
Deputat bildirib ki, Prezidentin ən sərt və diqqət çəkən tezislərindən biri beynəlxalq təşkilatların rolu ilə bağlı oldu: “O, açıq şəkildə bildirdi ki, bu gün sülh və təhlükəsizliyə cavabdeh qurumlar üzərlərinə düşən missiyanı yerinə yetirə bilmir. Bu, sadəcə diplomatik fikir deyil, qlobal sistemə ünvanlanan açıq ittiham idi. Beynəlxalq hüquq selektiv tətbiq olunur, beynəlxalq təşkilatlar təsir gücünü itirib, iflic və böhran vəziyyətindədirlər, dünya yeni təhlükəsizlik reallığına daxil olub.
Prezident bu reallığı açıq şəkildə izah etdi ki, güc amili ön plana çıxıb, lakin bu, beynəlxalq hüququn tapdanmasına bəraət qazandıra bilməz. Ədalət, humanizm və hüquq prinsipləri qorunmalıdır. Bu mesaj Münhendən səslənən qlobal siyasi xəbərdarlıq idi”.
Münhendə qalib ölkənin lideri danışırdı
Deputat əlavə edib ki, Prezidentin çıxışlarının ən mühüm tərəfi onun artıq münaqişə yaşayan ölkənin lideri kimi deyil, münaqişəni bitirmiş və sülh təmin etmiş ölkənin lideri kimi danışması idi;
“Bu, Azərbaycanın beynəlxalq imicində dönüş nöqtəsidir. Azərbaycan münaqişəni hərbi və siyasi yolla bitirib, beynəlxalq hüquqa əsaslanaraq ərazi bütövlüyünü bərpa edib. İndi isə sülh gündəliyini irəli aparır. Bu səbəbdən Prezident Münhendə faktiki olaraq sülhün təminatçısı rolunda çıxış edir”.
Sülhü quran ölkəyə kölgə salmaq cəhdlərinə sərt cavab
Deputatın fikrincə Fransa mediasına müsahibə zamanı verilən sualların tonu Azərbaycanın əldə etdiyi nəticələrə şübhə yaratmaq cəhdi açıq hiss olunurdu: “Lakin Prezidentin cavabları bu cəhdləri siyasi şəkildə dağıtdı. O, açıq və sərt şəkildə sübut etdi ki, Azərbaycan öz suverenliyini bərpa edib, separatizmə hüquqi qiymət verilib, bütün addımlar beynəlxalq hüquqa əsaslanıb. Prezidentin bu mövqeyi təkcə müdafiə deyil, əks-hücum diplomatiyası idi.
Ermənistan məsələsində sərt və dəyişməz mövqe
Prezident Münxendə bir daha göstərdi ki, Azərbaycan sülh istəyir, lakin prinsiplərindən geri çəkilmir.
Bu mövqe çox aydındır. Sülh var, lakin hüquqi rəsmiləşmə qalır. Bu addım isə İrəvandan asılıdır, ərazi iddiaları aradan qaldırılmalıdır. Bu yanaşma qətiyyətli və uzaqgörən siyasətin göstəricisidir.
Azərbaycan – Şərq və Qərbin strateji qovşağı
Prezident Münxendə çox mühüm geosiyasi mesaj verdi: Azərbaycan artıq sadəcə tranzit ölkə deyil. Bu gün Azərbaycan enerji dəhlizlərinin mərkəzidir, nəqliyyat qovşağıdır, rəqəmsal və informasiya bağlantılarının yeni mərkəzinə çevrilir. Bu, ölkənin qlobal bağlantı mərkəzi roluna yüksəlməsi deməkdir.
Azərbaycanın nüfuzu və beynəlxalq qəbul
Bu siyasət artıq beynəlxalq səviyyədə qəbul olunur.
C.D. Vens Bakıya səfərinin yekununda Azərbaycanın sülhə və təhlükəsizliyə töhfə verən ölkə kimi qəbul olunduğunu vurğulaması bunun göstəricisidir. Prezident İlham Əliyevi isə dünyanın nüfuzlu liderlərindən biri hesab edib.
Bunun nəticəsidir ki, Azərbaycanın təcrübəsi öyrənilir.
Azərbaycan modeli müzakirə olunur. Azərbaycan regional aktordan qlobal gündəlikdə yer alan ölkəyə çevrilir.
Bu səfər bir həqiqəti bir daha təsdiqlədi ki, İlham Əliyevin siyasəti qətiyyətlidir, uzaqgörəndir, nəticə əsaslıdır. Münxendən verilən mesaja gəlikdə deyəb ilərik ki, Azərbaycan münaqişə dövrünü arxada qoyub və sülh dövrünü idarə edən ölkəyə çevrilib. Bu kurs davam edir və qarşıya qoyulan məqsədlərə doğru irəliləyir”.
Mürtəza
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta