AZ

Bakı və Sumqayıt şəhərlərində dələduzluq və oğurluq faktları qeydə alınıb

Sumqayıtda və Bakıda polis əməkdaşları tərəfindən iki ayrı cinayət faktı üzrə əməliyyat həyata keçirilib.

“İki sahil” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd edilib ki, Sumqayıt şəhərində bir nəfər “işə düzəltmək” adı ilə vətəndaşı aldadaraq 11 min 500 manat pulunu ələ keçirməkdə şübhəli bilinir. Zərərçəkmişin polisə müraciəti əsasında Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 68 yaşlı C.Əhmədov saxlanılıb.

Digər hadisə isə Bakının Xəzər rayonu, Buzovna qəsəbəsində baş verib. Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində evlərdən silsilə oğurluqlar etməkdə şübhəli bilinən 38 yaşlı A.Xalidov saxlanılıb. Onun mənzillərdən ümumilikdə 3 min 200 manat dəyərində təmir-tikinti alətləri, elektrik avadanlıqları və inşaat materialları oğurladığı bildirilir.

Hər iki fakt üzrə araşdırmalar davam etdirilir.

Seçilən
25
3
ikisahil.az

4Mənbələr