AZ

Ermənistanda Ermənistan–Azərbaycan dəyirmi masasının yekun bəyanatı yayılıb (FOTO)

Bakı. Trend:

13–14 fevral 2026-cı il tarixində Ermənistanda, Tsaxkadzorşəhərində “Sülh Körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan vəErmənistanın vətəndaş cəmiyyəti, ekspert icması və medianümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masakeçirilib.

Trend xəbər verir ki,təşəbbüsün əsas üzvləri ilə yanaşı, görüşdə hər iki tərəfdən dahageniş iştirakçı dairəsi təmsil olunmuş, inklüziv və davamlı dialoqplatformasına sadiqlik bir daha təsdiqlənib.

Azərbaycan nümayəndə heyəti bütün zəruri prosedurlarıtamamlayaraq Azərbaycanın Aşağı Əskipara kəndi və ErmənistanınVoskepar kəndi yaxınlığında delimitasiya və demarkasiya edilmişquru sərhəd hissəsindən keçməklə ölkəyə daxil olub. Bu keçidiştirakçılar tərəfindən etimadın möhkəmləndirilməsi istiqamətindəmühüm praktik addım və iki ölkə arasında normallaşma prosesininmərhələli şəkildə irəliləməsinin aydın göstəricisi kimiqiymətləndirilib.

Müzakirələr Azərbaycan-Ermənistan münasibətlərinin carimərhələsinə və gələcək inkişaf istiqamətlərinə, 8 avqust 2025-ci iltarixində Vaşinqton Sammitində dəstəklənmiş sülh gündəliyininicrasına və bunun region üçün nəticələrinə həsr olunub.

İştirakçılar dəyişən regional təhlükəsizlik mühiti və sülhprosesi nəticəsində yaranan iqtisadi imkanlarla bağlı fikirmübadiləsi aparıblar. Ayrı bir sessiya dialoq iştirakçılarıarasında əməkdaşlığa, o cümlədən birgə layihələrə, ictimaikommunikasiya strategiyalarına və cəmiyyətlərarası qarşılıqlı əlaqəmexanizmlərinə həsr edilib. Etimadın möhkəmləndirilməsi, ictimaidiplomatiya və cəmiyyət səviyyəsində yaxınlaşmanı dəstəkləyənpraktik tövsiyələrin hazırlanmasına xüsusi diqqət yetirilib.

Regional təhlükəsizlik, sərhədlər və bağlantılarla bağlıməsələlər də geniş müzakirə olunmuş, hər iki tərəfin baxışları vəgözləntiləri təqdim edilib. Rəsmi sessiyalarla yanaşı təşkil olunanqeyri-rəsmi mədəni və sosial tədbirlər şəxslərarası əlaqələrininkişafına və konstruktiv mühitin formalaşmasına töhfə verib.

İkinci gün iştirakçılar davamlı sülhün üstünlüklərini vəcəmiyyətlərarası münasibətlərin qurulmasının mümkün sosial-iqtisadifaydalarını nəzərdən keçiriblər. Hər iki cəmiyyətdə ictimaigözləntilər və sülh prosesinin vətəndaşlar üçün real nəticələrverməsinin yolları müzakirə olunub.

Proqram çərçivəsində iştirakçılar Ermənistanın yüksək vəzifəlirəsmiləri, o cümlədən Təhlükəsizlik Şurasının katibi ArmenQriqoryan və xarici işlər nazirinin müavini Vahan Kostanyan iləgörüşlər keçiriblər. Bu müzakirələr sülh gündəliyinindəstəklənməsində vətəndaş cəmiyyətinin rolu və ictimaitəşəbbüslərin rəsmi səyləri necə tamamlayacağı barədə fikirmübadiləsi üçün imkan yaradıb.

Tədbir müzakirələrin yekunlarına dair mətbuat konfransı ilə başaçatıb.

Azərbaycan nümayəndə heyəti eyni delimitasiya olunmuş sərhədhissəsindən geri qayıtmış, bu da etimadın möhkəmləndirilməsiistiqamətində növbəti praktik addım olub. İştirakçılar bir dahatəsdiq etmişlər ki, “Sülh Körpüsü” formatında müntəzəm əməkdaşlıqqarşılıqlı etimadın gücləndirilməsinə, peşəkar əməkdaşlığıngenişlənməsinə və Azərbaycan-Ermənistan münasibətlərinin mərhələlinormallaşmasına əhəmiyyətli töhfə verə bilər.

Xatırladaq ki, fevralın 13-də Azərbaycan nümayəndə heyəti "SülhKörpüsü" təşəbbüsü çərçivəsində ikitərəfli dəyirmi masamüzakirəsində iştirak etmək üçün Ermənistana səfər edib.

Görüşdə hər iki tərəfdən genişləndirilmiş nümayəndə heyətiiştirak edir.

Qeyd edək ki, Azərbaycandan olan nümayəndə heyətinin tərkibindəTrend Beynəlxalq İnformasiya Agentliyinin baş redaktoru Emin Əliyeviştirak edir.

Azərbaycan nümayəndə heyəti 19 nəfərlə təmsil olunur.

Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Ermənistanda
Məqalədə:
Seçilən
25
6
az.trend.az

9Mənbələr