“Sülh körpüsü” təşəbbüsü çərçivəsində Ermənistan Respublikası Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Ermənistan və Azərbaycan vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşüb.
Qriqoryan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin Ermənistana səfərini alqışlayıb və belə formatda ikitərəfli əlaqələrin qarşılıqlı etimadın möhkəmləndirilməsində və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Qriqoryan həmsöhbətlərə sülh prosesinin gedişatını təqdim edib, regional bağlantıların açılması nəticəsində yaranacaq iqtisadi imkanlara, eləcə də Ermənistan-Azərbaycan münasibətlərinin hazırkı inkişaf dinamikasına toxunub.
Görüşün ikinci hissəsində Təhlükəsizlik Şurasının katibi vətəndaş cəmiyyəti nümayəndələrinin suallarını cavablandırıb.
TAHİR