AZ

Mossadın rəhbəri olacaqdı: İsrail polisi şübhəli bildi - TƏFƏRRÜAT

İsrail polisi baş nazir Benyamin Netanyahunun hərbi katibi Ronen Hofmanı ifadə vermək üçün çağırmaq niyyətindədir. Bu addım baş nazirin aparat rəhbəri Tsaxi Bravermanla bağlı aparılan istintaq çərçivəsində atılır. Söhbət Baş nazirin ofisindən məxfi sənədlərin mümkün sızdırılması ilə əlaqədar araşdırmadan gedir.

Ölkə.Az-ın "Mignews"a istinadən məlumatına görə, Braverman Netanyahunun köməkçilərindən birinə istintaqa mane olmaq ehtimalı barədə xəbərdarlıq etməkdə şübhəli bilinir. Araşdırma İsrail Müdafiə Qüvvələrinin (SAXAL) Baş nazirin ofisindən konfidensial materialların sızdırılması ilə bağlı apardığı yoxlama ilə əlaqədardır. İlkin mərhələdə istintaq Bravermanın məlumatı SAXAL Baş Qərargah rəisinin ətrafından aldığını ehtimal etsə də, sonradan bu bilgilərin onun baş nazirin aparatında fəaliyyəti zamanı əldə olunduğu müəyyənləşdirilib.

Bu çərçivədə Hofman məxfi informasiyanın həm ofis daxilində, həm də rəqəmsal şəbəkələrdə necə idarə olunmasına dair izahat vermək üçün çağırılacaq. Vurğulanır ki, o, iş üzrə şübhəli şəxs qismində keçmir və hazırkı mərhələdə yalnız şahid qismində ifadə verəcək.

Qeyd edək ki, daha əvvəl Netanyahu Hofmanın namizədliyini xarici kəşfiyyat xidməti – Mossadın rəhbər vəzifəsinə təklif etmişdi. Lakin təyinat dövlət qulluğu məsələləri üzrə komissiyanın təsdiqindən sonra qüvvəyə minə bilər və komissiya hazırda mümkün pozuntularla bağlı halları araşdırmaqda davam edir.

Seçilən
138
1
olke.az

2Mənbələr