Ermənistanda bütün ermənilərin katolikosu II Qareginə qarşı cinayət işi açılıb.
Publika.az xəbər veriri ki, bu barədə vəkil Ara Zöhrabyan "Facebook"da məlumat verib.
“Bu gün görünməmiş bir hadisə baş verib. Ermənistan Prokurorluğu bütün ermənilərin katolikosuna qarşı Arman Saroyanla bağlı məhkəmə qərarının icrasına mane olmaq ittihamı ilə cinayət işi açıb. Müqəddəs Patriarxın Ermənistandan getməsi qadağan edilib və bu, Avstriyada keçirilməsi planlaşdırılan Yepiskop Şurasının iclasını pozmaq cəhdidir” , - deyə Zohrabyan bildirib.
Vəkil hakimiyyətin hərəkətlərini "tarixi cəhətdən utancverici bir addım" kimi qiymətləndirib.