AZ

Dörd ay meydana çıxmadı, “Sumqayıt”ın təklifi onun göydöndüşmə oldu

“Sumqayıt”ın yeni transferi Sedrik Badolonun Trnava “Spartak”ını tərk etməsinin səbəbi müəyyənləşib.

Sportinfo.az Slovakiya mətbuatına istinadən xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi oyun şansı əldə etmək üçün bu addımı atıb.

Belə ki, Burkina Faso millisinin üzvü “Spartak”da əsasən ehtiyat qüvvə hesab olunurdu.

Cari mövsüm bütün turnirlər daxil olmaqla ümumilikdə 10 oyuna çıxan Badolo sonuncu dəfə 2025-ci ilin oktyabrında – yəni 4 ay əvvəl ölkə kuboku matçında meydana çıxıb.

Bildirilir ki, “Spartak” rəhbərliyi futbolçu baş məşqçinin planlarına daxil olmadığı barədə məlumatlandırılıb. “Sumqayıt”ın təklifi də oyunçu üçün göydöndüşmə olub.

Nəticədə Badolo mövsümün sonuna qədər icarəyə götürülüb. Pleymeyker millidəki yerini itirməmək üçün “Sumqayıt”da qısa müddətdə toparlanmağı və əvvəlki formasını bərpa etməyi hədəfləyir.

Sedrik Badolo Burkina Faso yığmasının heyətində 30 oyun keçirib.

Seçilən
23
sportinfo.az

1Mənbələr