Almaniya Bundesliqasında "Verder"lə matç "Bavariya"nın ulduz futbolçusu Harri Keyn üçün əlamətdar göstərici ilə yadda qalıb.
Offsideplus.az xəbər verir ki, səfər matçının ilk hissəsində dubl edən hücumçu peşəkar karyerasında 500-cü qolunu vurub.
O, yubiley qolunu 11 metrlik cərimə zərbəsindən reallaşdırıb.
Qeyd edək ki, Keynin Münhen klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub.