AZ

"Hansısa səhv bizi çempionatdan uzaq saxlaya bilər" - Fizuli Məmmədov

Misli premyer-liqasının 20-ci turunda “Karvan-Yevlax” “Zirə”yə də
uduzdu - 1:0.

Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konftansında qonaqların baş məşqçisi Fizuli Məmmədov media önünə çıxıb.

- Maraqlı oyun oldu. İki komanda da yaxşı oyun sərgilədi. Bu gün bizim komanda da yaxşı oynadı. Standart vəziyyətdən qol buraxdıq. Sistemdə dəyişiklik etsək də, qol vura bilmədik. Rəqibi təbrik edirəm.

- Qol vura bilməmək ustalıq səviyyəsidi?
- Qoldan sonra əvəzetmə etdik. Kinqs sürət artırdı. Qol epizodunda bacarıq çatmadı. Uşaqlar bu gün əzmkarlıq göstərdi. Təşəkkür edirəm. Futbolçuları motivasiya etmək çətin olur. Rəhbərlik də yanımızdadı. Qol vurmalıyıq.

- Qavi əvəzlənəndə narazılıq bildirdi. Könlünü aldız?
- Hər futbolçu oyunu alınmayanda stress yaşayır. Amma özü sakitləşdi. Hücumda kəsərli olmaq istəyirdik.

- Əvəzetmələr adətən ilk hissədə də olur. Niyə?
- “Sumqayıt”la oyunda Rauf pis oynamırdı. Amma 5 müdafiəçi ilə oynamaq istədik. Dəyişikliklər taktiki gedişlərdi. Məqsəd hücumda kəsərli olmaqdı.

- İkinci hissədə penalti epizodu oldu. O haqda fikirləriniz?
- Məncə, dirsək var idi. Necə dəyərləndirirlər, bilmirəm. Hakimlər bizdən daha biliklidilər. Orda xırda məqamlar var. VAR-da oturanlar dəyərləndirir. Məncə, qayda pozuntusu idi.

- Hakimlər də sanki sizə qeyri-ciddi yanaşırlar. Ötən oyun da qırmızı vərəqə verilməmişdi.
- Çox təsir edir. Futbolçular da əziyyət çəkir. Bizi əzir, sındırır. Hansısa səhv bizi çempionatdan uzaq saxlaya bilər.

MÜZƏFFƏR QULUZADƏ

Seçilən
41
football-plus.az

1Mənbələr