AZ

18 otelin ulduz kateqoriyası ləğv edilib - AÇIQLAMA

Azərbaycanda 2025-ci ilin əvvəlindən indiyə qədər mehmanxanalarla bağlı 96 inspeksiya auditi keçirilib.

SİA-nın məlumatına görə bu barədə Dövlət Turizm Agentliyindən (DTA) mətbuata verilən açıqlamada bildirilib. Məlumata görə, onlardan 94-ü planlı, 2-si isə daxil olmuş şikayətlər əsasında həyata keçirilən plandankənar yoxlama olub.

"Yoxlamalar zamanı xırda uyğunsuzluqlar aşkarlanan otellərə nöqsanların aradan qaldırılması üçün vaxt verilib. Müxtəlif səbəblərə görə 18 otelin ulduz kateqoriyasına sahib olduğu barədə sertifikatı ləğv olunub. Daha aşağı ulduz dərəcəsinə uyğun hesab edilən otel isə qeydə alınmayıb", - deyə agentliyin məlumatında bildirilib.

Qeyd olunub ki, hazırda Azərbaycanda ulduz kateqoriyalı 283 otel var. Həmin otellərdən 23-ü beşulduzlu, 43-ü dördulduzlu, 101-i üçulduzlu, 84-ü ikiulduzlu, 32-si isə birulduzludur.

Mətləb

Seçilən
20
6
sia.az

10Mənbələr