AZ

“Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib

Azertag portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bakı, 15 fevral, AZƏRTAC

Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin təşəbbüsü və təşkilatçılığı ilə Azərbaycan Milli QHT Forumunda 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü münasibətilə “Kitablar ən yaxın dostumuzdur” adlı tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, təşkilatın dəstəyi ilə nəşr olunan kitablardan 100 nüsxə tələbələrə, məktəblilərə və kitabsevərlərə təqdim edilib. Qeyd olunub ki, 2024-cü il 14 fevralda İmişlidə fəaliyyət göstərən Diferensial Təhsil və Tədris Mərkəzinə, 2025-ci il 14 fevralda isə Xəzər Universitetində 100 tələbəyə kitab bağışlanıb. Vurğulanıb ki, belə təşəbbüslər ana dilimizin zənginliyinin qorunmasına və gənclərin mütaliə vərdişlərinin inkişafına xidmət edir.

Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı tədbir barədə məlumat verib.

Daha sonra çıxış edənlər kitabın və mütaliənin əhəmiyyətindən bəhs olunub, müəlliflər öz kitablarını iştirakçılara hədiyyə ediblər.

Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin müəllim və dərnək üzvləri, N.Nərimanov adına 39 nömrəli məktəbin, Bakı şəhəri 225 nömrəli və 66 nömrəli tam orta məktəblərin şagirdləri, eləcə də digər qonaqlar poeziya nümunələri ilə çıxış ediblər.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
azertag.az

1Mənbələr