AZ

Millimizin müdafiəçisinin komandası heç-heçə etdi

Albaniya çempionatında 24-cü turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki,Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin şərəfini qoruduğu "Eqnatiya" növbəti matçına çıxıb.

Səfərdə "Vora"nın qonağı olan Zamiqin komandası meydandan 1:1 hesablı bərabərliklə ayrılıb.

24 yaşlı mərkəz müdafiəçisi start heyətdə yer alıb. 90-cı dəqiqədə əvəzlənən futbolçumuz oyunun 80-ci dəqiqəsində sarı vərəqə ilə cəzalandırılıb.

Bu bərabərlikdən sonra xallarının sayını 43-ə çatdıran "Eqnatiya" turnir cədvəlində 2-ci pillədəki mövqeyini qoruyub saxlayır.

Seçilən
56
sportinfo.az

1Mənbələr