AZ

Prezident: Azərbaycan çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir VİDEO

ain.az, Oxu.az saytına istinadən bildirir.

"Xəzər dənizinin digər sahilində yerləşən Mərkəzi Asiya dövlətlərini yaddan çıxarmalı deyilik. Onlar olmasa, Çindən hər hansı bir yük Avropaya gedə bilməz. Coğrafiya belədir: Çin, Mərkəzi Asiya, Xəzər dənizi, Azərbaycan, Gürcüstan, Türkiyə və daha sonra Avropa. Azərbaycan artıq çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir".

Oxu.Az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Münhendə "Açıq dəhliz siyasəti? Trans-Xəzər əməkdaşlığının dərinləşdirilməsi" mövzusunda panel müzakirələrdə bildirib.

Prezident: "Azərbaycan çox fəal şəkildə Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edir" - VİDEO

"Hazırda Çin, Qırğızıstan və Özbəkistanı birləşdirən, Qazaxıstan ərazisindən keçərək Xəzər sahilinə çıxan yeni dəmir yolu xəttinin tikintisi maliyyələşdirilir. Bu o deməkdir ki, yüklərin Azərbaycan ərazisinə daxil olması birbaşa artacaqdır. Burada bir çox siyasi maraqlar var, lakin beynəlxalq münasibətlər və diplomatiya özünü doğruldur. Azərbaycan elə bir ölkədir ki, həmin bu transmilli layihələrin həyata keçirilməsi üçün çalışıb. Məsələn, Bakıdan çıxan boru kəmərləri Aralıq dənizi sahilinə, oradan isə İtaliyaya qədər uzanır. Bütün bunlar çox geniş bir coğrafi məkanda əməkdaşlığın əsasıdır", - deyə Prezident qeyd edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
28
oxu.az

1Mənbələr