AZ

Kir Starmer Münhendə mühüm elan verdi: Britaniya nəhəng hərbi gəmisini Arktikaya göndərir

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rəsmi London öz aviadaşıyıcı zərbə qrupunu strateji əhəmiyyətə malik Şimali Atlantika və Arktika sularında yerləşdirmək üçün hazırlıqlara başlayıb.

Oxu.Az-ın BBC-yə istinadən verdiyi məlumata görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer Münhen Təhlükəsizlik Konfransında rəsmi bəyanat verib.

"Bu gün elan edə bilərəm ki, Böyük Britaniya bu il ABŞ, Kanada və digər NATO müttəfiqləri ilə çiyin-çiyinə fəaliyyət göstərərək, "HMS Prince of Wales" gəmisinin rəhbərliyi altında aviadaşıyıcı zərbə qrupumuzu Şimali Atlantika və Arktikada yerləşdirəcək", - deyə K.Starmer vurğulayıb.

Baş nazir xəbərdarlıq edib ki, Avropa ölkələrinin liderləri "dayanıqlı sülhün zəifləməsinə" gətirib çıxaran "tektonik yerdəyişmələri" öncədən görməli və bu məsələdə qətiyyətli olmalıdırlar.

Missiyaya "HMS Prince of Wales" aviadaşıyıcısı rəhbərlik edəcək. Qeyd edək ki, bu gəmi daha əvvəl, o cümlədən 2025-ci ildə Yaponiyaya səfər zamanı Britaniyanın zərbə qrupuna bir sıra əməliyyat və təlimlərdə uğurla rəhbərlik edib.

"HMS Prince of Wales" Böyük Britaniya Kral Hərbi Dəniz Qüvvələrinin arsenalına daxil olan "Queen Elizabeth" sinfinə aid müasir aviadaşıyıcıdır. Gəmi havada erkən xəbərdarlıq və sualtı qayıqlarla mübarizə üçün nəzərdə tutulmuş 48-dək çoxməqsədli "F-35B Lightning II" "görünməz" qırıcılarını və "Merlin" helikopterlərini daşımaq imkanına malikdir. Bundan əlavə, aviadaşıyıcı "Mark 15 Phalanx" yaxın məsafəli döyüş sistemi, avtomatik kiçik çaplı toplar və güclü miniqanlarla təchiz olunub.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
oxu.az

1Mənbələr