AZ

Alanyada təbii fəlakət: Yüzlərlə sakin təxliyə edildi

ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Türkiyənin Antalya bölgəsinin Alanya rayonunda son sutkada rekord səviyyədə yağıntının düşməsi regionu ciddi sel və daşqın riski ilə üz-üzə qoyub.

Oxu.Az "Anadolu Ajansı"na istinadən xəbər verir ki, genişmiqyaslı təxliyə əməliyyatına 161 nəfərlik heyət, 41 texnika və 1 xüsusi təyinatlı nəqliyyat vasitəsi cəlb olunub. Ümumilikdə 314 vətəndaş təhlükəsiz zonalara köçürülüb.

Antalya Valiliyinin rəsmi məlumatına görə, su anbarında suyun səviyyəsi 168,91 metrə çatıb ki, bu da maksimum 170 metrlik həddə olduqca yaxındır. Daşqın təhlükəsini nəzərə alaraq, Dim çayı ətrafındakı obyektlərdə çalışanlar, eləcə də Tosmur və Kestel məhəllələrinin zirzəmi və birinci mərtəbələrində yaşayan sakinlər dərhal ərazidən uzaqlaşdırılıblar.

Bundan əlavə, rayon rəhbərliyi torpaq sürüşməsi riski səbəbindən Küçükhasbahçe və Büyükhasbahçe məhəllələrində yerləşən 13 binanın boşaldılmasına qərar verib.

Təxliyə işləri fasiləsiz davam etdirilir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
27
oxu.az

1Mənbələr