AZ

Ronaldo yenidən yaşıl meydanlarda

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo 3 oyunluq boykotdan sonra heyətə geri qayıdıb.

Bizim.Media xəbər verir ki, portuqaliyalı hücumçu Pro Liqanın 22-ci turu çərçivəsində bu gün baş tutacaq "Əl-Fateh"lə matçın start heyətinə daxil edilib.

Xatırladaq ki, Ronaldo komandasının son 3 oyununda (2-si çempionat, 1-i Asiya Çempionlar Liqası) meydana çıxmayıb. Futbolçu bu addımı Səudiyyə Ərəbistanı Suveren Fondunun siyasətinə və klub işçilərinin maaşlarının gecikdirilməsinə etiraz əlaməti olaraq atıb və oyunları
boykot edib.

Bizim.Media

Seçilən
14
2
bizim.media

3Mənbələr