İllərdir "zərərli qida" damğası vurulan dönər haqqında fikirlər dəyişir. Almaniyalı bəslənmə mütəxəssisi Christian Weichert bildirir ki, digər ayaqüstü yeməklərlə (fast food) müqayisədə dönər bədən üçün ən balanslı və faydalı nahar seçimidir.
Milli.Az xəbər verir ki, dönərin tərkibi insan bədəninə lazım olan makro elementlərin mükəmməl birləşməsidir:
Şaquli şişdə qızaran ət (mal, toyuq və ya hinduşka) əzələ inkişafı üçün lazımi proteini təmin edir.
İçindəki bol miqdarda təzə salat, pomidor, soğan və kələm həzm sistemini yaxşılaşdırır və vitamin ehtiyacını qarşılayır.
Çörək və ya lavaş enerji mənbəyi rolunu oynayır.
Pizza və Burgerlə müqayisə
Pizzada xəmir və yağlı pendir (karbohidrat və doymuş yağ) üstünlük təşkil edir.
Burgerlərdə isə çox vaxt işlənmiş ət və qatqı maddələri olur.
Dönərdə isə ət şişdə öz yağı ilə bişir və tərkibindəki tərəvəz nisbəti digər fast food növlərindən qat-qat yüksəkdir.
Dönəri sağlam edən həm də sizin seçiminizdir. Alman mütəxəssis bu məsləhətləri verir:
Ağır mayonezli souslar yerinə qatıqlı və ya acı bibərli (sarımsaqlı qatıq kimi) souslara üstünlük verilməlidir.
Mümkünsə tam buğda çörəyi və ya lavaş seçilməlidir.
Yağsız hissələrdən hazırlanmış ət dönəri həm ürək dostudur, həm də çəki atmağa kömək edir.
Dönər uzun müddət toxluq hissi yaradır və qan şəkərini sürətlə yüksəltmir (əgər yanında bol tərəvəz varsa). Bu da günorta yeməyindən sonra yaranan yorğunluq və yuxululuq hissinin qarşısını alır.
Lalə Qüdrətova
Milli.Az