AZ

“Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində hərəkət bərpa olundu

BAKI, 15 fevral. TELEQRAF

“Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətinə nəqliyyatın hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

Teleqraf xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Daha əvvəl bildirilmişdi ki, Suraxanı rayonu, Aeroport şosesində (“Buta Palace” yaxınlığında) mövcud istismar müddətini başa vurmuş elektron məlumat-sürət tablolarının üzərində olduğu metal konstruksiyanın digər hissəsinin söküntü işləri aparıldığına görə, “Koroğlu” metro stansiyasından Hava Limanı istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq edilib.

Seçilən
7
7
teleqraf.com

10Mənbələr