AZ

Ardıcıl üçüncü zəfər Alim Nəbiyev Batumidə rəqibini üstələdi VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

kikboksinq üzrə yeddiqat dünya çempionu Alim Nəbiyev Batumidə keçirilən beynəlxalq turnirdə MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb.

İdman.Biz xəbər verir ki, fevralın 14-də Batumi şəhərində GFC (Georgian Fighting Championship) və “Grand Bellagio Championship” turniri baş tutub.

Gecənin ən maraqlı qarşılaşması Gürcüstanda yaşayan, Azərbaycan və Gürcüstanı beynəlxalq arenalarda təmsil edən, kikboksinq üzrə yeddiqat dünya və üçqat Avropa çempionu, “Professor” ləqəbli Nəbiyevlə braziliyalı Jaime Souza arasında olub. Üç raund davam edən gərgin döyüşdə azərbaycanlı idmançı tam üstünlük göstərərək inamlı qələbəyə sevinib. Bununla da o, MMA karyerasında ardıcıl üçüncü qalibiyyətini rəsmiləşdirib.

Gecədə qələbə qazanan digər azərbaycanlı isə Elvin Kamilli olub. O, gürcü rəqibi Sandro Datanaşvilini məğlub edərək komandaya növbəti uğuru gətirib.

Turnirdə Azərbaycan, Gürcüstan, Türkiyə, Qazaxıstan, Slovakiya, İsrail və Braziliyadan olan döyüşçülər qüvvələrini sınayıblar. Tədbiri izləmək üçün Azərbaycandan tanınmış idmançılar və məşqçilər, eləcə də Azərbaycanın Gürcüstandakı səfirliyinin və Batumidəki Baş konsulluğunun nümayəndələri şəhərə səfər ediblər.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
23
1
icma.az

9Mənbələr