Bakı. Trend:
Prezident İlham Əliyev Serbiya Respublikasının PrezidentiAleksandar Vuçiçə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verirki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və Sizinsimanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adındanürəkdən təbrik edir, ən səmimi arzularımı çatdırıram.
Dost ölkə və etibarlı strateji tərəfdaşımız olan Serbiya iləmünasibətlərimizin hazırkı səviyyəsi məmnunluq doğurur. Bu günqarşılıqlı dəstək və etimad kimi sağlam təməllər üzərində qurulmuşdostluq və əməkdaşlıq münasibətlərimiz hərtərəfli inkişaf edir vəyeni məzmunla zənginləşir. Şübhəsiz, ali səviyyəli müntəzəmqarşılıqlı səfərlər, fəal siyasi dialoqumuz bu əlaqələrin dahasürətlə inkişafına və strateji tərəfdaşlığımızın möhkəmlənməsinəşərait yaradır. Bu yaxınlarda Davosda Sizinlə görüşümüzü ən xoştəəssüratlarla xatırlayıram.
Əminəm ki, birgə səylərimizlə Azərbaycan-Serbiya ənənəvi dostluqmünasibətlərinin, həm ikitərəfli, həm də çoxtərəfli əsasdaqarşılıqlı faydalı əməkdaşlığın xalqlarımızın mənafelərinə uyğunolaraq bundan sonra da genişlənməsinə, strateji tərəfdaşlığın dahada dərinləşməsinə nail olacağıq.
Bu xoş gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdəuğurlar, dost Serbiya xalqına daim əmin-amanlıq və rifaharzulayıram."