AZ

Hər kəsin sevərək yediyi kaju belə hazırlanırmış - VİDEO

Kaju fıstığının təbii haldan yeməyə yararlı vəziyyətə gəlməsi olduqca mürəkkəb bir prosesdir.

Milli.Az xəbər verir ki, kaju birbaşa ağacdan toplanan bir fıstıq deyil, "kaju alması" adlanan meyvənin içində böyüyür və istehlaka yararlı deyil.

Kaju meyvəsi toplanır və fıstıq meyvədən ayrılır. Kaju alması isə əzilərək şirəyə çevrilir və bundan ləzzətli yerli içkilər hazırlanır. Ayrılan kaju fıstığı daha sonra qovrulur və xüsusi emal mərhələlərindən keçirilir ki, içindəki zərərli maddələrdən tamamilə təmizlənsin.

Bütün bu mərhələlər tamamlandıqdan sonra kaju fıstığı hazır olur. Bu prosses kajunun niyə qiymətli və işlənməsi zəhmətli bir çərəz olduğunu aydın şəkildə göstərir.

Əlavə olaraq, kaju fıstığının emal prosesində diqqət və zəhmət tələb edən addımlar onun qida dəyərini və ləzzətini qorumağa xidmət edir.

Seçilən
32
1
day.az

2Mənbələr