AZ

Saakaşvilidən sonra Zelenski də etdi: Putin üzərindən görün hansı mesajı verdi

GlobalInfo saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Prezidenti Vladimir Putinin yaşı haqqında danışarkən sadəcə öz zəifliyini nümayiş etdirir”.

Globalinfo.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Onun sözlərinə görə, Zelenski hamını gənc olduğuna inandırmağa çalışır, çünki bu, onun əsas üstünlüyüdür:

“Bir vaxtlar Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili də oxşar üstünlüklər barədə danışırdı. Onun indi harada olduğunu hamımız bilirik”.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Münxendə baş tutan görüşdə Rusiya Prezidenti Putinin yaşı ilə bağlı bir neçə dəfə istehzalı açıqlamalar verib.

“Mən Putindən daha gəncəm, bu vacibdir. 73 yaşlı Putinin çox vaxtı qalmayıb”,- deyə o bildirib.

Xatırladaq ki, Mixail Saakaşvili də bir neçə açıqlamasında özünü hələ də gənc və enerjili hiss etdiyini deyib.

Safura Bənnayeva

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
28
globalinfo.az

1Mənbələr