AZ

Britaniyanın "diplomat pişiy"i öldü

Britaniya Xarici İşlər Nazirliyinin keçmiş “baş siçovul ovçusu” Palmerston vəfat edib.

"Cebheinfo.az" xəbər verir ki, onun ölüm xəbəri “X”dəki rəsmi hesabında verilib.

Pişiyin hesabında “Görkəmli diplomat Palmerston fevralın 12-də dinc şəkildə öldü”, - bildirilib.

Qeyd edək ki, pişik “Battersea Dogs & Cats Home”dan övladlığa götürülüb və 2016-cı ildə Xarici İşlər Nazirliyinin “baş siçovul ovçusu” olub.  “Whitehall”da dörd illik xidmətdən sonra pişik 2020-ci ildə təqaüdə çıxıb.

Bundan sonra, Xarici İşlər Nazirliyindəki daimi dövlət katibinin müavininə pişik adından məktub göndərilib, koronavirus pandemiyası zamanı evdən işlədikdən sonra ictimaiyyətin diqqətindən kənarda daha çox vaxt keçirmək istədiyi izah edilib.

2025-ci ilin fevral ayında onun hesabında Palmerstonun “təqaüddən” çıxdığı və Bermuda adalarının yeni qubernatorunun “pişik münasibətləri” üzrə məsləhətçisi kimi işləməyə başladığı bildirilir.

Palmerstonun “X”də 105.000 izləyicisi var.

"Cebheinfo.az" 

Seçilən
17
3
cebheinfo.az

4Mənbələr