AZ

Xəzərin dibi ilə fiber-optik kabel çəkilir — İnternet bahalaşacaq?

Azərbaycanın internet infrastrukturunda inqilabi addım hesab olunan Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel layihəsinin tamamlanması ölkənin rəqəmsal gələcəyinə mühüm töhfə verməyə hazırlaşır

Yeni magistral xəttin istifadəyə verilməsi həm internetin keyfiyyətini artıracaq, həm də illərdir müzakirə olunan tarif siyasətində yeni mərhələnin əsasını qoyacaq.

Hazırda ölkə üzrə orta internet sürətinin 90 Mbit/saniyəyə çatdığı bildirilsə də, regionlarda və ucqar kəndlərdə bu keyfiyyətin nə dərəcədə hiss olunduğu hələ də aktual müzakirə mövzusudur. Məsələ ilə bağlı "Demokrat"-a açıqlama verən İT mütəxəssisi Elvin Abbasov deyib ki, Azərbaycanda internet bazarındakı strategiya birbaşa qiymət endirimi üzərində deyil, daha çox xidmətin keyfiyyətinin kəskin artırılması metodologiyası üzərində qurulub.

“Sistem aylıq abunə haqqında cüzi dəyişikliklər edilərək xidmətin keyfiyyətini və sürətini əhəmiyyətli dərəcədə yuxarı çəkmək metodologiyası üzərində qurulub. Bu yanaşma imkan verir ki, infrastruktur xərcləri qarşılansın, eyni zamanda istifadəçiyə təqdim olunan texnoloji imkanlar dəfələrlə artsın. Məsələn, tariflərdəki kiçik tənzimləmələr fonunda abunəçilərin keçmişdə aldığı 10-20 Mbit/s sürət həddi müasir fiber-optik texnologiyalar sayəsində 100 Mbit/s və daha yuxarı səviyyəyə çatdırılır. Xəzər dənizi ilə çəkilən kabel xətti də məhz bu metodologiyanın effektivliyini artıracaq. Ölkəyə daxil olan internetin tutumu kəskin artdıqca, provayderlər xidmət səviyyəsini qlobal standartlara uyğunlaşdıra və şəbəkənin stabilliyini təmin edə biləcəklər. Beləliklə, abunəçilər üçün əsas qazanc qiymətdən daha çox, kəsintisiz və yüksək sürətli rəqəmsal mühitə çıxış əldə etmək olur ki, bu da müasir iqtisadiyyatın tələblərinə tam cavab verir”.

Seçilən
10
1
ekologiya.az

2Mənbələr