AZ

WUF13-ə hazırlıqla bağlı suallar cavablandırılıb

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 2026-cı ildə Bakı şəhərində keçiriləcək On Üçüncü sessiyasına (WUF13) Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aidiyyəti üzrə hazırlıqla əlaqədar toplantı keçirilib.

SİA xəbər verir ki, “Mehmanxanalarda yanğın təhlükəsizliyinin təmin edilməsi” mövzusunda keçirilmiş toplantıda FHN-in Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun məsul vəzifəli şəxsləri, mehmanxanaların nümayəndələri iştirak ediblər.

Tədbirdə mehmanxanalarda yanğın təhlükəsizliyinin etibarlı təmin edilməsi, lift və digər qaldırıcı qurğuların saz vəziyyətdə saxlanılmasının zəruriliyi vurğulanıb, mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Toplantıda, həmçinin ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Seçilən
26
17
sia.az

10Mənbələr