“Mançester Siti”nin baş məşqçisi Pep Qvardiola komandanın fərqli mədəniyyətlərdən olan oyunçulardan faydalanıb-faydalanmaması ilə bağlı sualı cavablandırıb.
Publika.az xəbər verir ki, Qvardiola bu barədə yerli mətbuata danışıb:
“Əlbəttə. Komandada bir-birini sevən, hörmət edən və birlikdə çalışan xristianların və müsəlmanların olması çox xoşdur.