"Bir tərəfdən, güclənən Mərkəzi Asiya və iqtisadi artımlı Çin, digər tərəfdən isə istehlak mallarına tələbi artan Avropa dəhliz vasitəsi ilə yükdaşımaları həyata keçirə biləcəklər. İlkin qiymətləndirmələrə görə, Zəngəzur dəhlizinin istifadəsi Azərbaycanın qeyri-neft iqtisadiyyatının əlavə olaraq 2 faiz və qeyri-enerji ixracatının isə illik 700 milyon dollar artmasına səbəb ola bilər. Dünya Bankının hesablamalarına görə, orta dövrdə dəhliz 50 milyard dollarlıq ticarət dövriyyəsinə şərait yarada bilər". V.Bayramova görə, “Bloomberg” agentliyi dəhlizdən istifadənin Avropa-Asiya marşurutu üzrə yüklərin daşınmasında 12-15 günə qənaət edilməsinə gətirib çıxaracağı qənaətindədir. Qitələr arasındakı ticarət dövriyyəsinin 200 milyard dollar artacağı gözlənilir:
"Yüklərin 10-15 faizinin Zəngəzur dəhlizi vasitəsilə daşınacağı təqdirdə Azərbaycan yaxın gələcəkdə ildə 3.0 milyard dollar tranzit gəliri əldə edəcək. Göründüyü kimi, Zəngəzur dəhlizinin istifadəyə verilməsi nəinki regionda, bütövlükdə qitədə yükdaşımalar xəritəsinin dəyişməsinə səbəb olacaq".