AZ

Sabahdan metro və avtobuslarda sıxlıq OLACAQ

Azərbaycanda ali təhsil müəssisələrində yaz semestrinin başlaması ilə əlaqədar olaraq paytaxtda ictimai nəqliyyatda sərnişin sıxlığının artacağı gözlənilir.

Bizim.Media  xəbər verir ki, xüsusilə səhər və axşam saatlarında tələbələrin dərsə gediş-gəlişi ilə bağlı Bakı Metropoliteni stansiyalarında və şəhərdaxili avtobus marşrutlarında sıxlıq müşahidə oluna bilər.
 

Bu hal ən çox universitetlərin yerləşdiyi ərazilərə yaxın nəqliyyat xətlərində özünü göstərəcək.


Qeyd edək ki, yeni tədris dövrünün başlaması ilə təkcə tələbələr deyil, müəllim heyətinin də aktiv şəkildə dərs prosesinə qayıtması şəhərin nəqliyyat infrastrukturunda əlavə yüklənməyə səbəb olacaq.

Bizim.Media

Seçilən
32
9
bizim.media

10Mənbələr