AZ

Miri Yusifin sevgi etriflı, evlilik təklifli konserti

ain.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Xalq artisti Miri Yusif, 14 Fevral – Sevgililər Gününə özəl olaraq konsert proqramı ilə səhnəyə çıxıb.

SİA xəbər verir ki, Miri Yusif konsert öncəsi jurnalistlərin suallarını cavablayıb:

“Bu dəfə konsertimiz Beynəlxalq Sevgililər Gününə təsadüf edib. Amma mən hər kəsə tövsiyə edirəm ki, ilin 365 gününü sevgi dolu keçirsinlər.

Hər zaman səhnədə həm səs, həm də şou baxımından mükəmməl olmağa çalışıram. Buna görə də səslə bərabər görünüşə də xüsusi diqqət edirəm”.

Xalq artisti sevənlərinə musiqi ilə dolu, duyğularla zəngin və unudulmaz bir gecə yaşadıb.

O, ard-arda sevilən mahnılarını səsləndirib.

Gecədə yadda qalan məqamlardan biri də Xalq artistini həyat yoldaşına etdiyi sevgi etirafı olub.

Xalq artisti səhnədən iyul ayında 5 gün solo konsert verəcəyini də açıqlayıb.

Gecədə edilən evlilik təklifi də diqqət çəkib. Gənc oğlan sevdiyi qıza evlilik təklif edib. Sənətçi cütlüyü səhnədən təbrik edib və “Həyatım” mahnısını onlara həsr edib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
3
1
sia.az

2Mənbələr